20 Aprel 2025
Azərbaycanda məşhur yağ saxta çıxdı - Marketlərdən YIĞIŞDIRILIR + FOTO

Azərbaycanda məşhur yağ saxta çıxdı - Marketlərdən YIĞIŞDIRILIR + FOTO

Azərbaycanda məşhur yağ saxta çıxdı - Marketlərdən YIĞIŞDIRILIR + FOTO

09 Aprel 2025 14:45 | Baxış sayı: 239

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb.

AJMEDİA.İNFO AQTA-ya istinadla xəbər verir ki, bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.


Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.


Qeyd edək ki, tərkibində koliform bakteriyaların, eləcə də kif və maya göbələklərinin aşkarlanması həmin məhsulların mikrobioloji çirklənməsi kimi qiymətləndirilir. Bu cür məhsulların istehlakı isə insan orqanizmi üçün təhlükəli hesab olunur.


Uyğunsuzluq aşkarlanan məhsul partiyaları bunlardır: