İsrail Müdafiə Nazirliyinin sözçüsü: ABŞ hökumətinin ağır bombaları İsrailə çatıb
5 saat əvvəlAzərbaycanda məşhur general vəzifədən AZAD EDİLDİ - FOTO
26 Fevral 2024 07:38 | Baxış sayı: 535
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.
AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib.
General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək.
Məsələ ilə bağlı sayt FHN-in mətbuat katibi Gülçün Mehtiyeva ilə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verilməyib. Bununla bağlı onun "WhatsApp" ünvanına sorğu da göndərilib.
Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib.