SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda məktəbli BIÇAQLANDI
04 İyun 2024 09:09 | Baxış sayı: 390
Xaçmaz rayonunda bıçaqlanma olub.
AJMEDİA.İNFO APA-ya istinadən bildirir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi olan A.B.-nin sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirdiyi bildirilir. Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-ya bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.