SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlAzərbaycanda maaş və təqaüdlər ARTIRILACAQ? - AÇIQLAMA
02 İyul 2024 09:52 | Baxış sayı: 388
“Dizel və benzinin qiymətinin artması inflyasiyanı sürətləndirəcək”.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
İqtisadçının sözlərinə görə, yaxın müddətdə maaş və təqaüdlərdə artım ola bilər:
“Dizel yanacağı kənd təsərrüfatı məhsullarının istehsalında və ərzaq məhsullarının daşınmasında, yəni logistikada ən çox istifadə olunan yanacaq növüdür. Və bunun birdən-birə 25% artması həm ərzaq məhsullarının, həm də aqrar sahədə qiymətlərin artmasına ciddi təsir göstərəcək. Hesab edirəm ki, avqust ayının 1-dən bəzi maaş və təqaüdlərdə müəyyən artım olsun. Amma bu artımın həcmi insanların xərcini kompensasiya edə biləcəkmi? Əsas sual budur. Mən düşünmürəm ki, kompensasiya edə bilsin, çünki ən yaxşı halda maaşlarda və təqaüdlərdə 5-10% artım ola bilər”, - deyə, ekspert fikirlərini yekunlaşdırıb.