SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəlAzərbaycanda maaş və pensiyalar ARTIRILACAQ - Nazirdən ŞAD XƏBƏR
02 Aprel 2024 12:40 | Baxış sayı: 483
Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək.
AJMEDİA.İNFO axar.az-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin "Sosial saat" verilişində deyib.
O bildirib ki, sosial sahədə əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz:
"Həyat davam etdikcə yeni çağırışlar ortaya çıxır. Bunu davamlı olaraq həyata keçirməsək geriyə düşəcəyik. Bugünkü rəqəmlərlə qane ola bilmərik. Minimum pensiya və əməkhaqqının artırılması yenə davam edəcək. Hökumətin məqsədi də sosialyönümlü siyasətin davam etməsi, növbəti mərhələdə Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasıdır".