SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlAzərbaycanda kütləvi ZƏHƏRLƏNMƏ: 7 nəfər... - ADLAR
11 Mart 2024 06:31 | Baxış sayı: 583
Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib.
AJMEDİA.İNFO xəbər verir ki, rayonun Qardağ kənd sakinləri - 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, eləcə də Gərgər kəndindən olan 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Onlara tibbi yadım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)