SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
23 İyun 2023 14:00 | Baxış sayı: 419
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, beş nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 831 929 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 608 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 39 nəfərdir.
Ölkədə son sutka ərzində 791, hazırkı dövrədək isə 7 640 803 test aparılıb.