İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlAzərbaycanda işsizlərin sayı açıqlandı – Rəsmi
18 May 2023 10:01 | Baxış sayı: 511
Bu ilin may ayının 1-nə olan məlumata görə, Azərbaycanda 293,2 min nəfər işsiz şəxs olub.
AJMEDİA.İNFO Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 5 ay ərzində ölkədə işsizlərin sayı 9 min nəfər və ya 3% azalıb.
Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 203,9 min nəfər olub, onlardan 4 milyon 910,7 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 19 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb.
İllər | İşszilərin sayı (min nəfər) |
1 yanvar 2006 | 317,8 |
1 yanvar 2007 | 291,2 |
1 yanvar 2008 | 281,1 |
1 yanvar 2009 | 262,2 |
1 yanvar 2010 | 260,2 |
1 yanvar 2011 | 258,3 |
1 yanvar 2012 | 250,9 |
1 yanvar 2013 | 243,1 |
1 yanvar 2014 | 236,6 |
1 yanvar 2015 | 237,8 |
1 yanvar 2016 | 243,7 |
1 yanvar 2017 | 252,8 |
1 yanvar 2018 | 251,7 |
1 yanvar 2019 | 253,8 |
1 yanvar 2020 | 251,6 |
1 yanvar 2021 | 375,9 |
1 yanvar 2022 | 315,7 |
1 yanvar 2023 | 302,2 |
1 may 2023 | 293,2 |