SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda iş adamı ağır yol qəzasında ÖLDÜ - FOTO
10 Yanvar 2024 11:38 | Baxış sayı: 642
Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə Vilvan kəndi ərazisində qeydə alınıb.
1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mercedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Qəzada ölən N.Məmmədov Lənkəranda iş adamı kimi tanınıb. Sahibkarın rayonda yanacaqdoldurma məntəqəsi olub.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)