İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
3 dəqiqə əvvəlAzərbaycanda futbolçuları aparan avtobus qəzaya düşdü - YARALILAR VAR
07 Mart 2023 11:12 | Baxış sayı: 495
Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
PFL-dən AJMEDİA.İNFO-ya verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.