SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda deputat bu vəzifədən AZAD EDİLDİ - FOTO
22 Oktyabr 2024 12:36 | Baxış sayı: 268
VII çağırış Milli Məclisin sədr müavini Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.
Qeyd olunub ki, İnstitutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru Ramilə Dadaşovaya həvalə olunub.
Həmçinin seçkiyə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqlənib.