SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycanda DƏHŞƏT: Qızının gözü qarşısında arvadını...- TƏFƏRRÜAT + FOTO
20 Noyabr 2023 13:21 | Baxış sayı: 609
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Rəsulov Zamin Kinyaz oğlu dünyasını dəyişib.
Məhkumun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Z.Rəsulov həyat yoldaşını öldürməkdə təqsirli bilinərək həbs edilmişdi.
Hadisə 2018-ci ildə Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Mübahisənin pul üstündə yarandığı bildirilir. Z. Rəsulov hadisəni qızının gözü qarşısında törədib.
Bildirilir ki, hadisəni törədən Z.Rəsulovun iki arvadı olub. N.Rəsulova onun ilk həyat yoldaşı olub.