SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda DƏHŞƏT: 15 yaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO
19 Yanvar 2023 10:22 | Baxış sayı: 650
İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.
Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.
Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif “İmişli” futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.
Faktla bağlı araşdırma aparılır.