SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycanda daha iki nəfər güllələndi
30 İyun 2024 10:03 | Baxış sayı: 602
Astarada güllələnmə olub, bir nəfər ölüb.
"Report"un məlumatına görə, hadisə Şüvi kəndində baş verib.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirməkdə şübhəli bilinir. Sonra o, özünün baş nahiyəsindən atəş açıb.
B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi başından güllələyərək qətlə yetirmişdi.