20 Aprel 2025
Azərbaycanda daha çox işsiz olan RAYON və ŞƏHƏRLƏR

Azərbaycanda daha çox işsiz olan RAYON və ŞƏHƏRLƏR

Azərbaycanda daha çox işsiz olan RAYON və ŞƏHƏRLƏR

16 İyun 2023 08:19 | Baxış sayı: 505

2023-cü ilin iyunun 1-nə olan məlumata əsasən, Azərbaycanda 250 138 işsiz var.

AJMEDİA.İNFO rəsmi məlumatlara istinadən xəbər verir ki, işsizlərin daha çox hissəsi Bakıdadır. Paytaxtda 49 100 işsiz var.

Bakıdan sonra ən çox işsiz Ağdam rayonunda (11 001), Füzuli rayonunda (6 702), Gəncə şəhərində (6 333), Sumqayıt şəhərindədir (6 086).

Bu rayon və şəhərlərdən başqa Lənkəran (5 852), Cəlilabad (5 402), Şəmkir (4 865), Göyçay (4 619), Kəlbəcər (4 832), Laçın (4 342), Cəbrayıl (4 313), Quba (4 044) rayonlarında da işsiz çoxdur.

Statistikaya görə, ölkəmizdə ən az işsiz Naxçıvan Muxtar Respublikasındadır. Bakıdan sonra ən çox əhalinin qeydiyyatda olduğu regionda cəmi 408 işsiz var və onların heç biri işsizlikdən sığorta pulu almır.

Ölkəmizdə işsiz qalanların sayı çox olsa da işsizlikdən sığorta ödənişi alanlar çox azdır. İşsizlərin cəmi 1 faizi, yəni 2 459 nəfəri sığorta pulu alır. Sığorta ödənişi alanların yarıdan çoxu isə (1 408 nəfər) Bakıda qeydiyyatda olanlardır.