20 Aprel 2025
Azərbaycanda çoxuşaqlı ailələr minimum səviyyədən aşağı qidalanır – Statistika

Azərbaycanda çoxuşaqlı ailələr minimum səviyyədən aşağı qidalanır – Statistika

Azərbaycanda çoxuşaqlı ailələr minimum səviyyədən aşağı qidalanır – Statistika

30 Sentyabr 2024 12:17 | Baxış sayı: 433

Azərbaycanda 6 və daha çox insanın yaşadığı ailələrdə bir nəfər ay ərzində qida məhsullarına orta hesabla 141,2 manat pul xərcləyir.
AJMEDİA.İNFO
Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qida məhsulları mövcud pərakəndə satış qiymətləri ilə hesablandığı zaman qeyd olunan məbləğə – 141,2 manata Nazirlər Kabinetinin müəyyən etdiyi minimum istehlak səbətini doldurmaq mümükün deyil.

Məlumat üçün bildirək ki, ölkədə minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.

Qərarda bildirilir ki, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün hər bir insan ay ərzində aşağıdakı cədvəldə qeyd olunan qida məhsullarından istifadə etməlidir.

Cədvəldən də göründüyü kimi, minimum istehlak səbətinə daxil olan qida məhsullarını ala bilmək üçün hər bir şəxsə orta hesabla ay ərzində 155,88 manat vəsait lazımdır. Lakin qeyd etdiyimiz kimi, açıqlanan rəsmi məlumatlarda 6 və daha çox insanın yaşadığı ailələrdə bir nəfərin ay ərzində qida məhsullarına orta hesabla 141,2 manat pul xərclədiyi göstərilir.

Onu da qeyd edək ki, Azərbaycanda 6 və daha çox uşağı olan ailələr hazırda çoxuşaqlı ailələr hesab olunur. 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16 min 169 ailə mövcuddur.