SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda çörəyin qiyməti ilə bağlı DƏYİŞİKLİK
01 Yanvar 2024 11:59 | Baxış sayı: 563
Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.
Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.