SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAzərbaycanda COP29 zamanı bağçalar işləyəcək? - RƏSMİ AÇIQLAMA
10 Sentyabr 2024 11:27 | Baxış sayı: 310
Bu ilin noyabr ayında Azərbaycanda keçirilən COP29 zamanı bağçaların fəaliyyət göstərməsinin tərəfdarıyıq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işləyən analar üçün bağça önəmlidir: "Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən, valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər. Amma ümumilikdə tədbir zamanı bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur".