SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda bu uşaqlara 6000 manat müavinət VERİLƏCƏK
22 Oktyabr 2024 16:31 | Baxış sayı: 268
Milli Məclisdə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna edilən dəyişikliklər müzakirə olunub.
AJMEDİA.İNFO xəbər verir ki, qanunun 8-ci maddəsinə əsasən, bu kateqoriyadan olan uşaqlar ilk dəfə işə düzələndə orta aylıq əmək haqqının beş mislindən az olmayan birdəfəlik müavinətlə təmin olunurlar. Hazırda bu məbləğ 5017,5 manatdır. Onlara həmçinin paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya bunların əvəzinə pul kompensasiyası (265 manat) verilir.
Dəyişikliklər çərçivəsində daha effektiv sosial təminat prinsiplərinin tətbiqi məqsədilə paltar və digər təminatların pul kompensasiyası ilə birləşdirilərək birdəfəlik müavinətin 6000 manat olaraq müəyyən edilməsi təklif olunub.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.