20 Aprel 2025
Azərbaycanda bu şəxslərin maaşı ARTA BİLƏR

Azərbaycanda bu şəxslərin maaşı ARTA BİLƏR

Azərbaycanda bu şəxslərin maaşı ARTA BİLƏR

10 Aprel 2025 11:33 | Baxış sayı: 421

Orta məktəblərdə ciddi dəyişiklik gözlənilir.

AJMEDİA.İNFO Xəzər TV-yə istinadən məlumat verir ki, bu təhsil müəssisələri publik hüquqi şəxsə çevrilir.

Prosesin təsirlərindən danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, dəyişiklik müəllimlərin əməkhaqlarının artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, publik hüquqi şəxs həm cəmiyyət üçün mühüm xidmətlər göstərir, həm də büdcədən və əlavə gəlir mənbələrindən maliyyələşə bilir.

Onu da bildirək ki, hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir.

Məktəblərin publik hüquqi şəxsə çevrilməsi isə onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə yol açacaq.

Ətraflı süjetdə: