Azərbaycanda BU ŞƏXSLƏR taksi sürücüsü OLA BİLMƏYƏCƏK - QADAĞA
04 Aprel 2024 12:19 | Baxış sayı: 524
Kimlərin taksi fəaliyyətinə icazə verilməyəcəyi açıqlanıb.
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
“Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi, buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyətinə icazə verilməyəcək”, - məlumatda vurğulanıb.