20 Aprel 2025
Azərbaycanda bu şəxslər 3 il müddətinə HƏBS OLUNACAQ

Azərbaycanda bu şəxslər 3 il müddətinə HƏBS OLUNACAQ

Azərbaycanda bu şəxslər 3 il müddətinə HƏBS OLUNACAQ

23 Yanvar 2025 17:24 | Baxış sayı: 315

Azərbaycanda öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

Dəyişikliyə görə, bu şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.