Azərbaycanda bu şəxsə VƏZİFƏ VERİLDİ
26 Sentyabr 2024 16:28 | Baxış sayı: 552
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu, Yalçın Camalovdur.
O, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.
Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib. (report)