20 Aprel 2025
Azərbaycanda BU NAZİRLİYİN zavodunda PARTLAYIŞ + YARALANANLAR VAR

Azərbaycanda BU NAZİRLİYİN zavodunda PARTLAYIŞ + YARALANANLAR VAR

Azərbaycanda BU NAZİRLİYİN zavodunda PARTLAYIŞ + YARALANANLAR VAR

23 Yanvar 2024 12:24 | Baxış sayı: 530

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, üç nəfər xəsarət alıb.

AJMEDİA.İNFO xəbər verir ki, "Report"un Aran bürosunun məlumatına görə, hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Cahangir oğlu Babayev və Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.

***

16:10

Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması müəyyənləşdirilir.

Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.