SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycanda bu məhsullar BAHALAŞDI — YENİ QİYMƏTLƏR
28 Noyabr 2024 16:38 | Baxış sayı: 302
Bir neçə gündür ki, bölgələrdə süd məhsullarının qiyməti artıb.
AJMEDİA.İNFO xəbər verir ki, hazırda südün litri 1 manata təklif olunur. Bir həftə əvvəl südün bir litri 70-80 qəpiyə satılırdı.
Bundan əlavə, şorun da qiymətində 20-30 qəpik artım müşahidə olunur. Hazırda şorun bir kiloqramı 1 manat, kənd pendirinin isə bir kilosu 6-7 manata satılır.
Nehrə yağının da qiyməti kəskin artıb. 13-15 manata təklif olunan nehrə yağı hazırda bəzi bölgələrdə 17 manata satılır.
Kənd yumurtasının da qiyməti qalxıb. Noyabr ayının əvvəlində 17-18 qəpiyə təklif olunan yumurtanın bir ədədi 35 qəpikdir.
Kənd sakinləri bunun səbəbini yemin qiymətinin artması ilə əlaqələndirib. Sakinlərin sözlərinə görə, dekabr ayının ikinci ongünlüyündə kənd yumurtasına və südə olan təlabat artığından yenidən bahalaşma gözlənilir. (Qaynarinfo)