20 Aprel 2025
Azərbaycanda bədbəxt hadisə: 2 yaşlı körpə...

Azərbaycanda bədbəxt hadisə: 2 yaşlı körpə...

Azərbaycanda bədbəxt hadisə: 2 yaşlı körpə...

28 Yanvar 2025 10:29 | Baxış sayı: 319

Ağdaşda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə yanvarın 26-da saat 20:30 radələrində Ağdaş şəhərində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Kamran Şükran oğlu İsayev kəskin tənəffüs çatışmazlığı və bronxit bronxosdisiyası diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.

2 yaşlı körpənin nəfəs borusunda badam qırıntıları qaldığı məlum olub.

Körpə yanvarın 27-də saat 13 radələrində xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.