Azərbaycanda bank işçisi bu əməliyyatdan sonra ÖLDÜ
25 Fevral 2025 16:34 | Baxış sayı: 664
Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynalxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.
AJMEDİA.İNFO Teleqraf-a istinadən xəbər verir ki, gənc xanım narkozdan sonra allergik şok keçirib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb.
Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.