SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda avtomobil QƏZASI: Polis məktəbliləri VURDU
08 May 2023 11:24 | Baxış sayı: 628
Şabranda polisin idarə etdiyi avtomobil məktəbliləri vurub.
AJMEDİA.İNFO-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Lent.az-a bildirib ki, hadisə mayın 8-də səhər saatlarında Şabran rayonu ərazisində baş verib:
"İki məktəbli qəfil hərəkətdə olan “Toyota" markalı avtomobilin yoluna çıxıb. Avtomobilin sürücüsü olan polis nəfəri məktəbliləri xəstəxanaya çatdırıb. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri normaldır, həyati təhlükələri yoxdur.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir".