İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlAzərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
27 İyul 2024 07:10 | Baxış sayı: 460
Mingəçevirdə yeniyetmə övladına hirslənən ata əlinə keçən məişət əşyalarını onun başında qırıb.
Hadisə Vidadi küçəsi, 3 ünvanında baş verib. 2010-cu il təvəllüdlü şəhər sakini Teymur Yavər oğlu Bəşirov döyülərək çoxsaylı xəsarətlər alıb. Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.