Azərbaycanda artıq BU ŞƏXSLƏR də hərbi xidmətə YARARLI SAYILACAQ
09 Avqust 2024 09:19 | Baxış sayı: 444
Qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir və hərbi tədris müəssisələrinə daxil olmağa mane olmur.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sosial şəbəkədə məlumat yayıb.
Eyni zamanda, I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.