20 Aprel 2025
Azərbaycanda ardıcıl 6 gün İŞ OLMAYACAQ - RƏSMİ

Azərbaycanda ardıcıl 6 gün İŞ OLMAYACAQ - RƏSMİ

Azərbaycanda ardıcıl 6 gün İŞ OLMAYACAQ - RƏSMİ

18 Sentyabr 2024 12:32 | Baxış sayı: 333

Noyabr ayında ardıcıl 6 gün iş olmayacaq.


AJMEDİA.İNFO xəbər verir ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür.


Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.


Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.


Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.