SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycanda aktyor küçələrdə qalır: "Necə dolanım?"
17 May 2023 12:48 | Baxış sayı: 490
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndinin sosial vəziyyəti günlərdir müzakirə mövzusudur.
AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı aktyorun özü ilə əlaqə saxlanılıb. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, vəziyyəti həqiqətən də acınacaqlıdır: “Hazırda heç yanda yaşamıram. Məni istənilən yerdə, küçədə görə bilərsiniz. Ailəm də yanımda deyil, Qaxda qalırlar. Əməkhaqqım 830 manatdır. Bu pulla kirayə qalmaq da mümkün deyil. Çünki normal evlərin kirayəsi 350-400 manatdır. 150-250 manata olanlar isə hamısı tör-töküntüdür. 400 manatlıq, 200 manat kommunal ödənişlər edəndən sonra maaşdan 200 manat qalır. Bu pulla ailəmə necə baxım, necə dolanım?”.
E. Əfəndi əlavə edib ki, ötən gün teatr rəhbərliyi ilə görüşü olub: “Dedilər ki, yaxın zamanda məsələm həll olunacaq, ailəm yanıma qayıda biləcək. Allah kərimdir”.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına sorğu ünvanlanıb. Teatrın Mətbuat xidmətindən bildirilib ki, dram artisti Elçin Əfəndinin ev məsələsi ilə bağlı mətbuata verdiyi açıqlamadan məlumatlıdırlar: “Aktyor Elçin Əfəndi Akademik Milli Dram Teatrının aktyoru kimi ştat cədvəlinə uyğun olaraq, 1036 manat məbləğində əməkhaqqı alır. Bildirmək istərdik ki, Elçin Əfəndi, eyni zamanda 2022-ci ildən etibarən 500 manat məbləğində Prezident mükafatı alır. Digər teatr xadimlərinin, o cümlədən, Elçin Əfəndinin ev probleminin həlli diqqət mərkəzindədir”.