20 Aprel 2025
Şəmkirdə FACİƏ: Polis zabiti...

Şəmkirdə FACİƏ: Polis zabiti...

Şəmkirdə FACİƏ: Polis zabiti...

16 Sentyabr 2024 10:14 | Baxış sayı: 448

Şəmkir rayonunda ağır yol qəzası baş verib.


AJMEDİA.İNFO xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisində “Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Bildirilir ki, vəfat edən E.Həsənov polis baş leytenantıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.