SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAzərbaycanda AĞIR QƏZA - ÖLƏNLƏR VAR
28 Dekabr 2024 10:19 | Baxış sayı: 285
Beyləqanda ağır yol qəzası baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, Şirvan şəhər sakini 1980-ci il təvəllüdlü Elşən Səfərovun idarə etdiyi “KamAZ” Birinci Aşıqlı kəndi ərazisində “VAZ 21011” markalı avtomobillə toqquşub.
Nəticədə minik avtomobilində olan 54 yaşlı Elşən Qarayev və 29 yaşlı Elqayım Məhərrəmov hadisə yerində ölüb, onlarla birgə maşında olan Sənan Məmmədov isə ağır xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.