Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
5 saat əvvəlAzərbaycanda 8 nəfər saxlanıldı
05 Yanvar 2025 10:32 | Baxış sayı: 610
Yanvarın 4-də ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.//news24.az