SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAzərbaycanda 8 dərəcəyədək şaxta olub – Faktiki hava
11 Yanvar 2025 13:24 | Baxış sayı: 419
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Binə, Pirallahı, Hacıqabul, Culfa, Şəmkir, Şamaxı, Şabran, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Cəfərxan, Sabirabad, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.