İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlAzərbaycanda 4 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
22 İyul 2024 08:55 | Baxış sayı: 433
Azərbaycanda 2024-cü ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən Geniş Kollegiya İclasında bildirib.
Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilib.