20 Aprel 2025
Azərbaycanda 36 yaşlı hakim qəfil VƏFAT ETDİ

Azərbaycanda 36 yaşlı hakim qəfil VƏFAT ETDİ

Azərbaycanda 36 yaşlı hakim qəfil VƏFAT ETDİ

10 Yanvar 2025 11:08 | Baxış sayı: 301

Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.


AJMEDİA.İNFO xəbər verir ki, məhkəmə hakimi 1989-cu il təvəllüdlü Kərimov Taleh Etibar oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.


Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Mingəçevir şəhər sakini olan T.Kərimov ötən ilin may ayında Qax Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.(Qafqazinfo)