20 Aprel 2025
Azərbaycanda 116 nəfər ZƏHƏRLƏNDİ - ÖLƏN VAR

Azərbaycanda 116 nəfər ZƏHƏRLƏNDİ - ÖLƏN VAR

Azərbaycanda 116 nəfər ZƏHƏRLƏNDİ - ÖLƏN VAR

10 Yanvar 2025 16:39 | Baxış sayı: 413

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib.


Mərkəzdən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan, 22 nəfər botulizmdən zəhərlənən şəxslərdir.


Həmçinin 18 nəfər dəm qazından, 7 nəfər allergik reaksiyadan, 4 nəfər etanoldan, 3 nəfər fosfor üzvi birləşmələrdən, 6 nəfər yandırıcı məhlul, 3 nəfər isə anafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib.


Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5 nəfər kişi, 2 nəfər qadın) dünyasını dəyişib.


Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydə alınıb.