SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlAzərbaycana qarşı vuruşan erməni Ukraynada əsir götürüldü - VİDEO
27 İyul 2023 12:37 | Baxış sayı: 524
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Odessa və Xarkov vilayətləri Rusiya Ordusunun hava hücumlarına məruz qalıb.
“Odessaya hər gün Qara dənizdən və Krım yarımadasından hava zərbələri qeydə alınır. Hətta bildirilir ki, Rusiya “Taxıl sazişi”ndən imtinadan sonra qərara alıb ki, Odessa və ətrafındakı vilayətləri daimi atəş altında saxlasın”, - deyə jurnalist əlavə edib.
Həmçinin qeyd edilib ki, Zaporojyedə əks-hücum əməliyyatı nəticəsində Ukrayna Ordusunun irəliləməsinə mane olan bir neçə artilleriya mənbəyi məhv edilib.
O da bildirilib ki, Zaporojyedə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı vuruşan erməni əsilli “Vaqner”çi Armen Arakisov əsir götürülüb.
AJMEDİA.İNFO