UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yaydı
13 saat əvvəlAzərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri Nəsimi Əbilov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib
05 Oktyabr 2024 17:22 | Baxış sayı: 437
Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri Nəsimi Əbilov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
"Bu gün müəllimlərin və təhsil işçilərinin peşə bayramı - bütün təhsil ocaqlarında keyfiyyətli təhsil prosesində müəllimlərin rolunun və xidmətlərinin, cəmiyyətin inkişafına verdiyi əvəzsiz töhfələrin qeyd edildiyi gündür. 5 oktyabr Müəllimlər Günü üçün tarix təsadüfən seçilməyib. Bu gün Parisdə müəllimlərin iş şəraitini müəyyən edən ilk sənəd qəbul edilib. Bu mühüm hadisə hələ 1966-cı ildə baş vermişdi, lakin bütün dünya müəllimləri yalnız 1994-cü ildə müəllimləri peşə bayramları münasibətilə təbrik etməyə başladılar. Əziz müəllimlər, Müəllimlər Günü münasibətilə səmimi qəlbdən sizi təbrik edirəm! Uşaqlarla münasibətlərinizdə sizə müdriklik, səbir, ilham, istilik və səmimiyyət arzulayıram. Qoy enerjiniz artsın, işinizin nəticəsi sizi sevindirsin, cəmiyyətdə peşənizin nüfuzu artsın! Sizə sevgi və firavanlıq!" - mərkəzin rəhbəri qeyd edib.
Qeyd edək ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.