SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri dünya azərbaycanlılarını təbrik edib
31 Dekabr 2023 06:50 | Baxış sayı: 751
Dekabrın 31-də dünyada on milyonlarla azərbaycanlı Azərbaycan Prezidentinin 1993-cü il 31 dekabr tarixli fərmanı ilə qəbul edilmiş milli bayramı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycanlıların birliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində onları birliyə, həmrəyliyə çağırıb. Dünyada yaşayan azərbaycanlılar əmindirlər ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların möhkəm birliyi sayəsində Azərbaycanın qüdrəti daha da güclənəcək.
Aərbaycan Yəhudi Media Mərkəzi adından Dünya Azərbaycanlılarını bu əlamətdar günlər münasibətilə təbrik edirəm, Azərbaycanın inkişaf yolunda daim həmrəyliyə səsləyir, yeni ildə sizlərə xoş günlər, eləcədə uğurlar arzulayıram.