20 Aprel 2025
Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov Bakıda EXPO Mərkəzində keçirilən müasir silahlar sərgisini ziyarət edib

24 Sentyabr 2024 21:30 | Baxış sayı: 543

Bu gün, 24 sentyabr 2024-cü il tarixində Azərbaycan Yəhudi Media Mərkəzinin (AJM) direktoru Nəsimi Əbilov Bakıda EXPO Mərkəzində keçirilən müasir silahlar sərgisini (ADEX 2024) ziyarət edib.

Dünyanın müxtəlif ölkələrinin: Azərbaycan, İsrail, Türkiyə, Rusiya, Pakistan, Hindistan və digər ölkələrin iştirakı ilə keçirilən ADEX müasir silahların təqdimaları maraqla qarşılanıb.

İsrailin müdafiə müəssisələrinin təqdim etdiyi ekspozisiya diqqəti cəlb edib. Müxtəlif hərbi texnikanın nümunələri təqdim olunub.

Sərgidə AJM-nın direktoru Nəsimi Əbilov İsrail Azərbaycandakı səfiri cənab Corc Dik ilə görüşüb.

Sərgi Azərbaycan və İsrail arasında strateji əlaqələrin genişləndirilməsinı bir daha özündə göstərib.

AJM-nın İsrail mətbuat mərkəzinin rəhbəri,

İqor Roytapel.