İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlAzərbaycan Yəhudi Media Mərkəzi "Xəzinə" Milli Mükafata layiq görülüb
02 Mart 2025 18:16 | Baxış sayı: 600
"XƏZİNƏ” Milli Mükafatlandırma mərasimi keçiriləcək.
AJMEDİA.İNFO xəbər verir ki,16 mart 2025-ci il tarixində keçiriləcək mərasimdə il ərzində media və sosial şəbəkələrdə aparılan müşahidələrə əsasən "XƏZİNƏ” Milli Mükafatı öz sahiblərinə təqdim olunacaq.
Mükafatçılar sırasında Millət vəkilləri, dövlət işçiləri, xalq artistləri, tanınmış simalar, müğənnilər, aktyorlar, iş adamları, idmançılar və s. öz sahəsində uğur qazanan insanlar iştirak edəcəklər. Mükafatçılar sırasında digər ölkələrdən də məhşur simaların iştirakı reallaşacaq.
Yenilikləri ilə stimul verənlər, sənət və mədəniyyətin sərhədlərini genişləndirənlər, dayanıqlı gələcək üçün çalışanlar sırasında Azərbaycan Yəhudi Media Mərkəzinin olması və "XƏZİNƏ" milli mükafatlna layiq görülməsi bir daha onun uğurlu fəaliyyətindən xəbər verir.
Azərbaycan Yəhudi Media Mərkəzi olaraq bizi bu nominasiyaya layiq bilən hər bir təşkilatçılara öz minnətdarlığımızı bildiririk və digər namizədlərə uğurlar arzulayırıq.
Hər bir uğur bizi daha da böyük hədəflərə doğru aparır!
ajmedia.info