SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAzərbaycan xam nefti hansı ölkələrə neçəyə satır? – Tam siyahı
19 May 2023 05:51 | Baxış sayı: 1180
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 9 milyon 235 min 906 ton xam neft və xam neft məhsulları satıb.
AJMEDİA.İNFO Yeniavaz.com- a açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan xam neftin gömrük dəyəri 5 milyard 715 milyon 410 min dollar olub.
Açıqlanan rəqəmlərdən belə görünür ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu 619 dollara (1 barel 85 dollar) satıb.
Ən baha qiymətə Portuqaliyaya (677 dollar), ən uciz qiymətə isə Tailanda (513 dollar) satmışıq.
Xarici ölkələrə satılan neftin miqdarı və statistik dəyərini təqdim edirik:
Ölkələr | Miqdarı (ton) | Statistik Dəyəri (min dollar) | 1 ton xam neftin dəyəri |
İtaliya | 3 362 270 | 2 108 112 | 627 |
Hindistan | 922 967 | 543 046 | 588 |
İspaniya | 826 905 | 526 641 | 637 |
İsrail | 801 049 | 500 939 | 625 |
Türkiyə | 589 714 | 349 379 | 592 |
Çexiya | 517 968 | 323 391 | 624 |
Almaniya | 481 704 | 301 359 | 626 |
Yunanıstan | 299 869 | 190 160 | 634 |
Avstriya | 266 568 | 152 156 | 571 |
İrlandiya | 263 098 | 149 744 | 569 |
Rumıniya | 176 403 | 112 481 | 638 |
Sinqapur | 138 338 | 87 786 | 635 |
Vyetnam | 138 517 | 85 115 | 614 |
İndoneziya | 128 188 | 85 010 | 663 |
Fransa | 108 829 | 66 308 | 609 |
Portuqaliya | 92 953 | 62 898 | 677 |
Xorvatiya | 90 294 | 55 345 | 613 |
Tailand | 30 273 | 15 539 | 513 |
CƏMİ | 9 235 906 | 5 715 410 | 619 |