SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycan və Ermənistan xilasediciləri Gürcüstanda birgə təlimlərdə iştirak edirlər
12 İyun 2023 14:55 | Baxış sayı: 519
Gürcüstanda Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova bölmələrinin iştirakı ilə yanğınsöndürən və xilasedicilərin irimiqyaslı beynəlxalq təlimləri başlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə bu gün Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Avropa İttifaqının dəstəyi ilə təşkil olunan təlimlər iyunun 16-dək davam edəcək. Onlar meşə yanğınları ilə mübarizənin effektiv metodlarının işlənib hazırlanmasına və böyük təbii fəlakətlər zamanı birgə tədbirlərin əlaqələndirilməsinə yönəlib.