İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlAzərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanması Cənubi Qafqazda təhlükəsizlik baxımından yeni imkanlar açacaq - Rüstəm Tağızadə
05 İyul 2024 17:02 | Baxış sayı: 3550
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanması Cənubi Qafqazda təhlükəsizlik baxımından yeni imkanlar açacaq. Ancaq sülh prosesinin bağlanması prosesi hələki baş vermir. Bəs sülhə mane olan səbəblər nələrdir?
İlk növbədə siyasi elmin xüsusi komponentlərindən istifadə edərək səbəbləri araşdırmalı və buna görə analizi davam etdirmək lazımdır. Ermənistan və Azərbaycan arasında son aylar ərzində delimitasiya və demorkasiya prosesi gedir. Ancaq tərəflər arasında anlaşılmayan və həll edilməyən məsələlər hələ də var. Azərbaycanın Ermənistana göndərdiyi sülh şərtləri region üçün aktual və əhəmiyyətlidir. Ermənistan dövləti son bir il ərzində Qərb dövlətləri və Rusiya arasında böyük qalaraq çətin sınaq mərhələsi keçir. İlk növbədə erməni cəmiyyətində Azərbaycana qarşı fobia davam edir. Ermənistana böyük dövlətlərdən təzyiq olunur və bu hal da sülh prosesinə mənfi təsir göstərir. Fransa Cənubi Qafqaz regionunda münaqişə tərəfdarıdır. Ermənistana satılan silahlar bu fikri daha da gücləndirir. Ermənistan daxilində Nikol Paşinyana qarşı mitinqlər bir neçə aydır davam edir. Rusiyadan dəstək alan keşiş Baqrat hökümətə qarşı tezislər irəli sürür. Onu da unutmaq olmaz kilsə hakimiyyəti Ermənistanda olduqca güclü nüfuza malikdir. Nikol Paşinyan daxildə olan narazılığı bitirmək üçün sərt tədbirlər görmür. Buna baxmayaraq xalqın çox hissəsi Paşinyanı dəstəkləyir. Mühüm məsələlərdən biri də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır.
Azərbaycan tərəfi tələb edir ki, Ermənistan öz konstitusiyasından bu maddələri çıxarsın. Onu da qeyd edim ki, Nikol Paşinyan tez-tez fikrini dəyişən və siyasi cəhətdən sabit olmayan baş nazirdir. Buna baxmayaraq Paşinyan Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasını və iqtisadi əlaqalərin bərpasında maraqlıdır. Ermənistan bundan başqa real variantı yoxdur. Çünki kommunikasiya xətlərinin açılması Ermənistan dövləti üçün də sərfəlidir. Görünən odur ki, Ermənistanın həll etməli olduğu bir çox məsələlər var. Ermənistan daxilində hələ də revanşist qüvvələrin olduğunu da demək lazımdır. Fransadan və Hindistan alınan silahlar bölgədə sülh və təhlükəsizlik üçün təhdiddir.
Dünyada gedən geosiyasi proseslər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını tələb edir. Cənubi Qafaqaz regionunda sabitlik olmalıdır. Erməni cəmiyyətində sağlam düşüncəsi olmayan insanlar başa düşməlidir ki, Fransa real olaraq onun yanında olmayacaq. Ona görə də Azərbaycanın tələb etdiyi şərtlərə əməl etməli və kommunikasiyaların açılması üçün səylər göstərməlidir.
.
Rüstəm Tağızadə
Azərbaycan Yəhudi Media Mərkəzi, politoloq