SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM
05 Fevral 2025 16:49 | Baxış sayı: 311
Prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında Sərəncam imzalayıb.
AJMEDİA.İNFO xəbər verir ki, Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycanın Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır.
Maliyyə Nazirliyinə bu Sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.