İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlAzərbaycan UEFA reytinqində gerilədi
13 Dekabr 2024 09:54 | Baxış sayı: 848
Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
AJMEDİA.İNFO xəbər verir ki, buna "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçdə “Elfsborq”a uduzması (0:1) səbəb olub.
Azərbaycan 19.625 əmsalla 28-ci yerdə qərarlaşıb.
Ötən gün bu turnirdə “Ludoqorets”in Niderlandın AZ komandası ilə heç-heçə etməsi (2:2) Bolqarıstanın (19.625) Azərbaycana çatması ilə nəticələnib. Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən 27-ci sıradadır.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (99.374) başçılıq edir.Modern.az