20 Aprel 2025
Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı: Kremlin inadkar həyasızlığı davam edir

Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı: Kremlin inadkar həyasızlığı davam edir

Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı: Kremlin inadkar həyasızlığı davam edir

28 Yanvar 2025 08:45 | Baxış sayı: 370

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.

AJMEDİA.İNFO xəbər verir ki, səfiri nazir müavini Mixail Qaluzin qəbul edib. Görüş zamanı nazir müavini Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların heç bir əsasının olmadığını qeyd edib.

Görüş zamanı həmçinin Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması məsələsi müzakirə edilib. Nazir müavini Mixail Qaluzin, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrin açıqlanmasının zəruri olduğunu vurğulayıb.//musavat.com